“Jeep” hindilərin tənqidinə görə “Cherokee” sözündən istifadədən imtina edə bilər
“Jeep” avtomobil şirkəti modellərinin adını dəyişdirmək və Oklahoma ştatında yaşayan hindilər tərəfindən tənqidə görə “Cherokee” sözündən istifadədən imtina etməyi fikirləşir.
Bu barədə “The Wall Street Journal” xəbər verir.
Şirkətin rəhbəri Karlos Tavares bildirib ki, firma bütövlükdə bu addımı atmağa hazırdır. Eyni zamanda şirkət “məsələni müvafiq şəxslərlə və vasitəçilərsiz müzakirə etməyə hazırdır”.
“Cherokee”modeli adından imtina çeroki hindilərinin iddiaları ilə bağlıdır. Hindilərin bununla bağlı narazılığı fevralın sonunda məlum olub. Tayfanın rəhbəri Çak Hoskin (Chuck Hoskin Jr.) bu barədə deyib: “Əminəm ki, bu ən yaxşı niyyətlərlə edilib, amma adımızın avtomobilə yapışdırılması bizi heç cür şərəfləndirmir”.
Onun fikrincə, şirkətlərin öz məhsullarının satışı üçün Amerikanın yerli xalqlarının və talismanların adlarından istifadə etməyə son qoymaq vaxtı çatıb.
“Artıq “Jeep”in çeroki xalqının adından “Cherokee”, “Grand Cherokee” SUV-lərinin adı kimi istifadə etməsina son qoymağın vaxtıdır”, – deyə o əlavə edib.
Qeyd edək ki, son vaxtlar Amerika yerlilərinin adları və təsvirlərinin xüsusilə idman sahəsində istifadə olunmasına dair yeni baxışlar yayılır. Belə ki, NFL-in Vaşinqton komandası uzun illər davam edən müzakirədən sonra “Redskins” (qırmızıdərililər) ayamasından və hindunun başı təsvirindən ibarət loqosundan imtina edərək “Washington Football Team” adını qəbul edəcəklərini bildirib. Həmçinin Beysbol Baş Liqasının “Cleveland İndians” komandası da bu adı dəyişdirəcəklərini açıqlayıba