Azərbaycan iqtisadi azadlıq indeksi reytinqində dünyada 38-ci olub – TOP 10
ABŞ-ın “The Heritage Foundation” strateji tədqiqat institutu tərəfindən hazırladığı 2021-ci il iqtisadi azadlıq reytinqində Azərbaycan 178 ölkə arasında 70,1 bəndlə 38-ci yerdə qərarlaşıb.
Ölkə üzrə göstəricilər dövlətin inteqrasiyası nəticəsində 0,8 bənd artıb. Avropa üzrə orta göstərici ilə eyni olan Azərbaycanın göstəricisi dünya ortalaması ilə müqayisədə 8,5 bənd çoxdur. İnstitutun tədqiqatında qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı daha geniş iqtisadi azadlıqdan faydalanmağa davam edir və artıq əsasən tam azad iqtisadiyyatlar kateqoriyasına yüksəlib. Bu statusu qorumaq üçün hökumətin mülkiyyət hüquqları, məhkəmə sisteminin səmərəliliyi və dövlətin inteqrasiyası artırmalıdır.
Xatırladaq ki, reytinqin ilk üçlüyünə Sinqapur (89,7), Yeni Zelandiya (83,9) və Avstraliya (82,4) daxil olub. Siyahının autsayderləri sırasında isə Kuba (28,1), Venesuela (24,7) və Cənubi Koreya (5,2) yer alıb.
Qeyd edək ki, sözügedən indeks qanunvericilik, dövlətin iqtisadi gücü, tənzimləyici effektivlik və bazarın açıqlığı kimi meyarlar üzrə qiymətləndirilir.
İqtisadi azadlıq reytinqi – TOP-10:
# |
Ölkə |
Göstərici, bənd |
Dəyişiklik, bənd |
1 |
Sinqapur |
89,7 |
0,3 |
2 |
Yeni Zelandiya |
83,9 |
-0,2 |
3 |
Avstraliya |
82,4 |
-0,2 |
4 |
İsveçrə |
81,9 |
-0,1 |
5 |
İrlandiya |
81,4 |
0,5 |
6 |
Tayvan |
78,6 |
1,5 |
7 |
Böyük Britaniya |
78,4 |
-0,9 |
8 |
Estoniya |
78,2 |
0,5 |
9 |
Kanada |
77,9 |
-0,3 |
10 |
Danimarka |
77,8 |
-0,5 |