Azərbaycanda təmassız ödənişləri üzrə limit 100 manata çatdırılıb
“Azərbaycanda təmassız plastik kartlarla şifrəsiz ödəniş limiti iki dəfə artırılıb”.
Bunu keçirilən onlayn mətbuat konfransında "Mastercard"ın Azərbaycan üzrə meneceri Erdem Çakar bildirib.
E.Çakarın sözlərinə görə, pandemiya dövründə Azərbaycan Mərkəzi Bankı və kommersiya bankları ilə əldə edilən razılaşmaya görə, bu rəqəm 100 manat olub.
“Əslində təmassız kart istifadəçisi 1 000 manatlıq ödənişi də təmassız edə bilər. Amma bu zaman 100 manatdan yüksək məbləğ üçün şifrə yığmaq tələb olunur. Onu da qeyd edim ki, hazırki göstərici Türkiyədəki mövcud rəqəmdən daha çoxdur”, - deyə, o bildirib