TST CO Group işçi axtarır - MAAŞ 1000 MANAT
TST CO GROUP “Marketinq üzrə menecer” vəzifəsinə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Təşkilatın marketinq strategiyasını hazırlamaq və davamlı inkişaf üçün yeni ideyalar təqdim etmək.
- Marketinq ilə əlaqədar tədbirlərin təşkilat üçün böyük potensialı olan sahələrə yönləndirilməsini təmin etməklə onları effektiv idarə etmək.
- Tələb olunan məhsul və ya xidmət növləri ilə əlaqədar müştərilərin rəyini öyrənmək.
- Məhsul və xidmətlər üçün potensial bazarları müəyyən etmək məqsədi ilə sorğular keçirmək.
- Marketinq sahəsində nəticələri təhlil etmək, strateji məqsədləri və marketinq üzrə göstəriciləri nəzərdən keçirmək, nəticələr barədə hesabat hazırlamaq.
- Bazarda müşahidə olunan dəyişiklikləri təhlil etmək, eləcə də onların marketinq üzrə strateji məqsədlərə təsirini müəyyən etmək, nəticələrə uyğun yeni təkliflər hazırlamaq.
Tələb olunan səriştələr:
- Marketinq, iqtisadiyyat və ya biznesin təşkili üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
- Kreativlik, yüksək təşkilatçılıq qabiliyyəti, nəticə yönümlülük.
- Azərbaycan dili əla, rus və ingilis dili arzuolunandır.
İş şəraiti:
- İş vaxtı: 5 günlük iş həftəsi, 09:00-18:00
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: 1000 AZN
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini gunel.aliyeva@tst.az e-mail ünvanına "Marketinq üzrə menecer" başlığı ilə göndərmələri xahiş olunur.