Sosial iqtisadiyyat

Azərbaycan gömrüyünün türk yükdaşıyana cavabı: “Belədi, işinə gəlirsə...” - VIDEO

Gömrükdən narazılıq: Nə oldu bu mal Türkiyədən keçəndə yanmadı, məhz Azərbaycanda yanır?

Azərbaycanın gömrük sektorunda baş verən özbaşınalıqlar yenidən gündəmə gəlib. Gömrük Komitəsinin ləğv edilərək, birləşdirilməsi məsələsi təkrar gündəmə gəlib və hazırda gömrük keçid məntəqələrində baş verənlər tam bir özbaşınalıq və xaosdur.

Bu dəfə nəqliyyatçılar haqsızlıqdan yorularaq səslərini ucaltmağa başlayıblar. Ölkənin nəqliyyat, logistika şirkətləri gömrüyün “daskı qoyma” hərəkətlərindən zara gəliblər. Ölkəyə keçən bütün yük maşınlarına, yük nə oldu fərq etmir, gömrükçülər “yanıcı pulu” yazılmaq virusuna tutulublar. Özü də nə-az, nə-çox 320 dollar! “Ehtiyat hissələrinə, matora, kleyə, bir sözlə nə gəldi, yanıcı pulu adıyla 320 dollar yazırlar. Dünyanın heç yerində belə şey yoxdur. Nə oldu bu məhsul Türkiyədən keçəndə yanmadı, məhz Azərbaycanda yanır?“, - deyən nəqliyyatçıların sözlərinə görə, bu pulunun müqabilində Komitədən verilən çekdə isə heç bir möhür və təsdiqləyici atribut yoxdur. Üstəlik 320 dolları alan Azərbaycan gömrüyü yükü ölkə ərazisinə buraxandan sonra həmin pulun müqabilində heç bir təminat da vermir. Yəni sərhəddən keçəndən sonra, harda “yanırsan-yan”, gömrüyə dəxli yoxdu və yansan da o pulun müqabilində səni söndürmək öhdəliyi də yoxdur, nə də yanan məhsulu sığorta etmir.

Bu məsələlər artıq Türkiyədən olan yükdaşıyanları da bezdirib və aşağıdakı videoda Azərbaycan gömrüyünün necə “işlədiyini” tam açıqlığı ilə eşidə bilərsiniz.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department