27 ölkə Rusiyaya qarşı SANKSİYA HAZIRLAYIR

Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar planlaşdırır.
ENA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sanksiyalar Aleksey Navalnı işi ilə bağlıdır.
Birliyə üzv 27 ölkə yekdilliklə yeni sanksiya proqramı barədə qərar verib. Sanksiyalar barədə məlumatın yaxın günlərdə açıqlanması gözlənilir.