QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparılır
Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalara başlayıb.
Bu barədə Palatanın Mətbuat xidmətinin rəhbəri Nailə Qazıyeva məlumat verib. O qeyd edib ki, palatanın qanunvericiliyinə əsasən, yoxlamalar səciyyəvi xarakter daşıyır və başa çatmadan ictimaiyyətə məlumat verilmir.
O bildirib ki, yoxlamalar tezliklə başa çatdıqdan sonra nəticələr bəlli olacaq.
Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri deputat Azay Quliyevdir.