Bank kredit borcuna görə “Akkord”u məhkəməyə verdi
Ləğv edilmiş “Zaminbank” məhkəməyə müraciət edərək “Akkord”a qarşı iddia qaldırıb.
Məlumata görə, bank “Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Hudrotechnical Construction Company” MMC-ni məhkəməyə verib.
Şirkət bank bağlanmadan öncə oradan külli miqdarda kredit götürüb. İndi isə bank kreditin ödənilmədiyini iddia edərək şirkətə qarşı iddia qaldırıb.
Hazırda iş üzrə məhkəmə çəkişməsi davam edir.