Şahmar Mövsümov: "Dövlət şirkətləri ilə bağlı addımların nəticəsini qısa müddətdə görəcəyik"
"Bir sıra dövlət şirkətlərinin Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilməsi və onların Müşahidə Şuralarının yaradılması ölkə iqtisadiyyatı üçün önəmli islahatdır".
"ENA" xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
"Bütün bu islahatların nəticəsini qısa müddətdə görəcəyik", - deyə o, qeyd edib.