Bankların dollara tələbi yenidən yüksəldi - VALYUTA HƏRRACI
Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $58,3 milyon satıb.
Fevralın 18-də keçirilən hərracda banklara $46,9 milyon məbləğində xarici valyuta satılmışdı.
“Hərracda tələb $58,3 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən “ENA”ya bildirilib.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.