Sosial iqtisadiyyat

Yerevan Bakının şərtlərini qəbul etdi: Naxçıvan dəhlizi AÇILIR

Ermənistan müdafiə naziri Vaqarşak Arutunyan geniş müsahibə verib.

ENA.az xəbər verir ki, nazir Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qalan əraziləri arasında nəqliyyat dəhlizinin olacağını təsdiqləyib.

“Ermənistan Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyi üçün bütün tələbləri icra edəcək. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti icra edəcək”.

Nazir Ermənistan Ordusunda ciddi islahatların aparıldığını da sözlərinə əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)