Ermənistanda mitinqçilərə müraciət etdi: “Biz göz görə-görə vətənimizi itiririk”
![](https://ena.az/uploads/news/2021-02/_ena_bfd397a135e96882196c6cc35_o.jpg)
Yerevanın Azadlıq meydanında “Vətənin qurtuluşu hərəkatının” lideri Vazgen Manukyanın təşəbbüsü ilə mitinq keçirilir.
Məlumatı “Novosti Armeniya” yayıb.
Bildirilib ki, fevralın 11-də hərəkatın Ermənistanın baş naziri postuna vahid namizədi Vazgen Manukyan ölkə əhalisinə bugünkü mitinqlə bağlı müaciətində deyib: “Biz göz görə-görə vətənimizi itiririk”.
Xatırladaq ki, fevralın 12-də keçirilən mitinq Nikol Paşinyanın istefasını tələb edir.