ABŞ Azərbaycanın arpa istehsalı ilə bağlı proqnozunu açıqladı
ABŞ-ın Kənd Təsərrüfatı Departamenti 2020-2021-ci illər üzrə aqrar mövsümdə postsovet ölkələrində arpa məhsulu üzrə gözlənilən məhsuldarlıqla bağlı reytinq cədvəlini dərc edib.
ENA.az xəbər verir ki, bu barədə Departamentin hazırladığı "Taxıl: Dünya bazarı və ticarəti" adlı hesabatın fevral sayında bildirilir.
Hesabata əsasən, postsovet məkanında arpa istehsalı üzrə reytinq cədvəlinə liderliyi Rusiya edir.
Növbəti yerlərdə isə Ukrayna, Qazaxıstan, Belarus və Azərbaycan qərarlaşıb.
Reytinq cədvəlində dünyada arpa istehsalı 2021-ci idə yanvar proqnozu ilə müqayisədə fevralda 0,11 % artaraq 157,36 milyon ton olacağı proqnozlaşdırılır. Belə ki, fevral hesabatında proqnozlaşdıran arpa istehsalı 2020-ci illə müqayisədə 0,5 % çoxdur.
Azərbaycanın arpa məhsulu üzrə istehsalı 2020-2021-ci mövsüm ilində 2019-2020-ci mövsüm ili ilə müqayisədə 4,53 % azalaraq, 2018-2019 mövsüm ilinə nisbətən isə 3,2 % artaraq 0,97 milyon ton olacağı gözlənilir.
Qeyd edək ki, Rusiyada arpa istehsalı 2021-ci ildə ötən ilə müqayisədə 3,32 % artaraq 20,60 milyon ton, Ukraynada 16, 4 % azalaraq 8 milyon ton, Qazaxıstanda 4,4 % azalaraq 3,66 milyon ton, Belarusda - 4,37 % azalaraq 1, 05 milyon ton təşkil edəcəyi gözlənilir.