Sosial iqtisadiyyat

Dövlət Vergi Xidmətində yeni təyinatlar olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nicat İmanov bu gün Vergi siyasəti Baş İdarəsinin rəisi təyin olunub.

Bundan əvvəl həmin vəzifəni icra edən Samirə Musayeva isə Azərbaycan Respublikasının Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin olunub.

iqtisadiyyat.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)