Vakansiyalar

Starex işçi axtarır - MAAŞ 1700-2200 MANAT

Vəzifə: Əməliyyat rəhbəri (beynəlxalq yükdaşıma üzrə)

Əmək haqqı: 1700 – 2200 Azn

İş qrafiki : Həftədə 5 gün

Nahar şirkət tərəfindən təmin olunur

Namizədə Tələblər:

- Kommersiya daşımaları üzrə əməliyyatların özəlliklərini dərindən bilməli
- Yüksək səviyyədə problem həll etmə bacarığı olmalıdır
- Analitik bacarıqlar
- Yüksək ünsiyyət bacarıqları
- İngilis və rus dillərini yaxşı səviyyədə bilmək.
- Nəqliyyat şirkətlərində minimum 3 il təcrübəsi olması arzuolunandır.

Vəzifə Öhdəlikləri

• Beynəlxalq yükdaşıma əməliyyatlarının təşkili, komandanın idarə olunması
• Korporativ müştərilərə məxsus yüklərin ölkələrarası daşınmasının təşkili
• Yüklərin vaxtında və tələb olunan standartlara uyğun şəkildə daşınmasının təmin olunması
• Yükün statusu və digər məsələlərlə bağlı davamlı olaraq müştərilərlə danışıqların aparılması
• Partnyor şirkətlərlə əlaqələrin qurulması, inkişaf etdirilməsi
• Qiymət sorğuları üzrə hesablamaların aparılması, qiymət təkliflərinin müştəriyə təqdim olunması
• Müştərilərlə və tərəfdaşlarla hesablaşmaların izlənilməsi
• Daşımalar üzrə bütün tələb olunan sənədlərin hazırlanması,təsdiq edilməsi və aidiyyəti tərəflərə göndərilməsi
• Əməliyyatların effektivliyinin və səmərəliliyinin davamlı olaraq yüksəldilməsi

Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla hr@starex.az elektron ünvanına göndərmələri xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department