Paşinyan yenidən Moskvaya gedir
![](https://ena.az/uploads/news/2021-02/_ena_fd3771c7048650db9126e51a4_o.jpg)
Ermənistan mətbuatında Nikol Paşinyanın Rusiyanın paytaxtı Moskva şəhərinə səfər edəcəyi ilə bağlı məlumatlar yayılıb.
ENA.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan 10 fevral tarixində Moskvaya gedəcək. Onun Rusiyada 2 günlük səfərdə olması planlaşdırılır.
Paşinyanın burada yüksək dövlət vəzifəsi tutan şəxslərlə görüşlər keçirməsi gözlənilir. Səfərlə bağlı detallar barədə məlumat verilməyib.