Birja

Bitkoinin qiyməti yeni rekord vurdu

Dünən ticarət zamanı Bitkoin başqa bir rekorda yüksəldi - 46 604.93 min dollar.  

Böyüməni Amerika elektrikli avtomobil istehsalçısı Tesla Inc-in bir hesabatı artırdı. Belə ki, Tesla bitkoinlərə 1,5 milyard dollar sərmayə qoydu. Şirkət, yaxın gələcəkdə maşınlarını və digər məhsullarında ödəniş vasitəsi kimi kripto valyutanı qəbul etməyə başlamaq niyyətində olduğunu söylədi.

CoinDesk-ə görə, 46 min 604 dollar olub ki, bu da əvvəlki ticarətin bağlanışındakı səviyyədən 20,72% çoxdur.

Digər məşhur kriptovalyutalar da bahalaşır: Ethereum - 6.8%, Bitcoin Cash - 6.7%, litecoin 7.9%.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)