Nazir Mikayıl Cabbarovun icra etdiyi çoxsaylı - VƏZİFƏLƏRİN SİYAHISI
Azərbaycanda kadr və struktur islahatları fonunda dəyişiklər zamanı bəzən maraqların toqqoşduğu halda belə qurumların birləşdirilməsinin şahidi oluruq. Etibarlı kadr məsələsi bir çox hallarda önə keçdiyindən strukturların birləşməsinin mahiyyəti kənarda qalır. Hazırda Mikayıl Cabbarov vəzifələrinin çoxluğuna görə Azərbaycanda baş nazirin alternativi sayıla bilər.
ENA.az olaraq Azərbaycanın iqtisadiyyat nazirinin vəzifələrini oxucularımıza təqdim edirik.
- Azərbaycan Respublikasının İqtisadiyyat naziri
- Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının üzvü
- Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının
- Dövlət Vergilər Xidmətinin “naziri”
- Dövlət Əmlak Xidmətinin “naziri”
- Tarif Şurasının sədri
- SOCAR-ın Müşahidə Şurasının sədri
- İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “naziri”
- Sahibkarlığın İnkişafı Fondunun “naziri”
- İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun “naziri”
- “Təmiz Şəhər” ASC-nin idarə heyətinin “rəhbəri”
- “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorların “naziri”
- “Azərlotereya” ASC-nin İdarə Heyətinin “naziri”
- Bakı Biznes Mərkəzinin “rəhbəri”
- Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri
- İstehlak Mallarının Ekspertizası Mərkəzi
- “Dövlət satınalmaları haqqında” www.tender.gov.az portalının “rəhbəri”
- Lisenziyalar və İcazələr Portalının “rəhbəri”
- "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktorunun “rəhbəri”
- Balaxanı Sənaye Parkının direktorunun “rəhbəri”
- Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun “rəhbəri”
- Azərbaycan Respublikası Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının rəhbəri
- Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin “naziri”
- Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri
- Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın həmsədri
- Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri təyin edilib.
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın sədr müavini
- Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.
- Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti
- Azərbaycan Badminton Federasiyasının prezidenti
Qeyd edək ki, bu vəzifələr arasında SOCAR-ın Müşahidə Şurasının sədri, Dövlət Vergi Xidmətinin və Azərbaycan İqtisadiyyat naziri vəzifələrində maraq toqquşmaları mövcuddur.