Bank

Dollara bankların tələbatı azalır: hərracın nəticəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 60,3 milyon dollar satıb.

“Hərracda tələb 60,3 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-nin məlumatında bildirilib.

Qeyd edək ki, yanvarın 26-da banklara 69,8 milyon dollar satılmışdı.

AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.

Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.

Sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)