Bank

Kredit portfeli ən çox kiçilən bank hansıdır?: 26 Bankın kredit portfeli üzrə RENKİNQİ  

2020-ci ildə Azərbaycanda 26 bank müştərilərinə 13 milyard 20.3 milyon manat kredit verib. Bu o deməkdir ki, bir ildə kredit portfeli 3,2% azalıb.

ENA.az xəbər verir ki, ötən il banklardan 12-nin kredit portfeli azalıb, 14 bankın kreditlər səbəti artıb. Bütün banklarda daşınmaz əmlak kreditləri üzrə portfel yüksəlib. Biznes və istehlak məqsədilə bankların verdiyi borcun həcmi isə azalıb.   Ümumilikdə banklar öz aktivlərini artırmaq, qazanmaq üçün kreditlərə başlıca istiqamət kimi baxsalar da, vəsaitlərin mühüm bir hissəsini qiymətli kağızlara yatırmaqda davam edirlər.

Beləliklə, kredit portfelinin həcminə görə TOP-5 bankların renkinq sıralaması belədir: Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Paşa Bank, Xalq Bank, Premium Bank. Bu beş bankın kredit portfelinin ümumi həcmi 9 milyard 245,441 milyon manat təşkil edir. Beşlikdəki 4 bankın kredit portfelində artım var, yalnız Xalq Bankın kredit porteli 4,3% azalıb.

Yerdə qalan 21 bankın kredit portfeli isə cəmi 3 milyard 775 milyon manatdır. Yəni, kredit portfelinin yalnız 28,9%-i 21 bankın payına düşür. Ümumi mənzərənin nə qədər ciddi fərq doğurduğunu rəqəmlər göstərir.

Azərbaycanda fəaliyyət göstərən 26 bankın kredit payı üzrə renkinqi

   

 

   

Reytinq Sırası

Banklar

 Kredit portfelinin həcmi  (min AZN)

 İllik tendensiya 

 
 
 
1

Azərbaycan Beynəlxalq Bankı ASC

2 366,233 

+ 9,9%

 
2

Xalq Bank ASC

2 353,091

- 4,3%

 
3

Paşa Bank ASC

 2 060,484

+ 17,5%

 
4

Kapital Bank ASC

1 901,168

+ 26,6%

 
5

Premium Bank ASC

564,465

+ 0,4%

 

6

Accessbank QSC

 458 775

-14,4%

 
7

Bank Respublika ASC

429840

-8,4%

 
8

Unibank ASC

477,955

+ 20,4%

 
9

AzFinance Bank ASC

137,996

- 57,2%

 
10

Rabitəbank ASC

400,175

+ 13,4% 

 
11

Muğanbank ASC

328,018

- 8,3%

 
12

Azərbaycan Sənaye Bankı ASC

310,083

-4,4%

 
13

Turanbank ASC

345,304

+ 1,7%

 
14

Yelo Bank ASC

249,068

- 2,8%

 
15

Bank of  Baku ASC

239,337

+ 8,9%

 
16

Expressbank ASC

194,422

- 7,9% 

 
17

Günaybank ASC

170 654

+19,4

 
18

Azər-Türk Bank ASC

160,248

- 10,2%

 
19

Yapı Kredi Bank Azərbaycan ASC

107,557

25%

 
20

Ziraat Bank Azərbaycan ASC

152,563

+ 7,4%

 
21

NaxçıvanBank ASC

114,057 

+ 24,8%

 
22

Bank Avrasiya ASC

97,099

+ 0,7%

 
23

VTB -Azərbaycan ASC

187,34

+ 19,1%

 
24

BTB ASC

206,096

- 0,3%

 
25

Bank Melli İran Bakı filialı

5,222

+ 24,8%

 
26

Pakistan Milli Bankı NBP Bakı filialı

631

- 3,7%

 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department