Sumqayıta yeni rəis təyin edildi
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Fəqan Azadəliyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Polis İdarəsinə rəis təyin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə hələ təyinat olmayıb.