Valyuta hərracı keçirildi - NƏTİCƏ
02 fevral 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
ENA.az xəbər verir ki, hərracda tələb 59,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Xatırladaq ki, 28 yanvar 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 61,8 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 9 valyuta hərracında 704.6 milyon dollar satılıb.
Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.