Yanacağın bahalaşması Azərbaycanda inflyasiyanı artıracaqmı? - AMB-dən açıqlama
"Azərbaycan Mərkəzi Bankının inflyasiya hədəflərində yanacaq daşıyıcılarının qiymətlərinin artması nəzərə alınıb". Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun sözlərinə görə, 2021-ci ildə gözlənilən 4 faiz inflaysiya hədəfi müəyyən edilərkən alternativ statistikadan da istifadə edilib.
ENA.az xəbər verir ki, E.Rüstəmovun sözlərinə görə, yanacaq daşıyıcılarının qiymətinin artması inflyasiyaya minimal təsir edəcək, çünki qiymətlərin artımına qarşı kompensasiya tədbirləri görüləcək. Bu səbədən də bu təsirlərin minimal olması gözlənilir.