Mərkəzi Bank bu binanı öz vəsaitləri hesabına tikəcək: yeni bina nə üçün lazımdır?
"Mərkəzi Bank bu binanı öz vəsaitləri hesabına tikəcək və büdcədən heç bir vəsait almayacaq". Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov açıqlama verib
Onun sözlərinə görə, Mərkəzi Bank büdcəyə 7,8 milyard manat vəsait köçürüb. Cari ilə daha 250 milyon manat köçıürməyi planlaşdırılır.
E.Rüstəmov bildirib ki, bu barədə sosial şəbəkədə gedən müzakirələrdən məlumatlıdır.
"Bizim işçilərimizin və resurslarımızın sayı artıb. Hazırda işçilərimiz 3 ünvanda yerləşən binada fəaliyyət göstərir. Tam avtomatlaşdırmanı başa çatdıra bilmirik və biznes idarəetmədə çətinliklər yaradır. Həmin 3 binanı biz dövlətə qaytaracağıq bu isə binanın tikilməsinin yarı vəsaitinin geri qaytarılmasına imkan yaradacaq".