Bank

Azərbaycan bankları "Bloomberg"də əməliyyatların sayını 29 %-ə yaxın azaldıb

Bu ilin I yarısında Azərbaycan bankları "Bloomberg" ticarət sistemində 55,7 milyard manat məbləğində 1 530 ədəd əqd bağlayıb. Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Pul Siyasəti İcmalı" sənədinə əsasən, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 45,55 % çox və 28,8 % azdır.

Ümumilikdə, hesabat dövründə banklararası bazarın təminatsız sektorunda aktivlik davam edib. Bu əməliyyatların 97 %-i 1-3 günlük olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)