Azərbaycanın maliyyə şirkəti 600 min dollarlıq istiqraz buraxır
Bir qədər əvvəl nizamnamə kapitalını 17 dəfə artıraraq 510 min manata çatdırmış "Hermes Finance" QSC istiqraz buraxır.
Bu barədə "BI" maliyyə bazarındakı mənbəyə istinadən xəbər verir.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 600 ədəd istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək. Emissiyanın anderrayterinin Maliyyə Bazarlarına Nəzarət Palatasından yenicə lisenziya almış "BTB Kapital İnvestisiya Şirkəti" ASC olacağı gözlənilir.