MALİYYƏ

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları3,248 mlrd ABŞ dolları, yaxud 3,6 % artaraq 93,329 milyard ABŞ dolları təşkil edib.

ENA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 42,818 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 639 milyon ABŞ dolları, yaxud 1,5 % çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,609 mlrd ABŞ dolları, yaxud 5,4 % artaraq 50,511 milyard ABŞ dolları təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)