Bank

“Turan Bank”da paylar dəyişib

“Turan Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

ENA.az xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının daha 5 milyon manat, yaxud 7,14 % artırılaraq 70 milyon manatdan 75 milyon manata çatdırılmasından sonra baş verib.

Belə ki, “Turan Bank”ın səhmdarları olan 20 fiziki şəxsin payı 57,8 %-dən 55,3 %-ə düşüb, 8 hüquqi şəxsin payı isə 42,2 %-dən 44,7 %-ə çatıb.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department