Həftəsonları kafe və restoranlar işləyəcək? - Nazirlər Kabineti açıqladı
zərbaycanda karantin rejimi növbəti dəfə yanvarın 25-dən yumşaldılıb. Belə ki, həmin tarixdən ticarət obyektləri, bərbərxanalar və gözəllik salonlarının fəaliyyəti bərpa edilib. Fevralın 1-dən isə kafe və restoranlar açılacaq.
Həftəsonu ilə bağlı qadağaların tam siyahısı açıqlanmasa da, Operativ Qərargahın son məlumatında qeyd olunurdu ki, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaq.
Bəs bundan sonra həftəsonları restoranlar və digər iaşə obyektləri işləyəcəkmi?
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, fevralın 1-dən sonra şənbə və bazar günləri ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək".