Sumgait Technologies Parkı işçi axtarır - VAKANSİYA
Vəzifənin adı : Direktor köməkçisi
Özünə və peşəkarlığına güvənən, davamlı olaraq özünü inkişaf etdirən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün ideal namizəd :
- Ali təhsilli;
- Analoji sahədə ən az 2 il iş təcrübəsi olan;
- Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olandır.
O cümlədən :
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı;
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli;
- İşgüzar, məsuliyyətli və yüksək davranış keyfiyyətlərinə malik olmalı;
- Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir.
Hansı işləri görəcəksiniz :
- Direktorun tapşırığı əsasında sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
- Direktorun iştirak edəcəyi iclaslarının, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması;
- Keçirilmiş iclasların / görüşlərin protokolların hazırlanması, qeydiyyatının aparılması və qısa zamanda müvafiq şəxslərə göndərməsini təmin etməli;
- Direktorun qonaqlarının qəbul edilməsi;
- Daxil olan telefon zənglərinin cavablandırılması və adiyyatı üzrə yönləndirilməsi;
- Daxil olan hesabatların toplanması, nəzərdən keçirilməsi və birbaşa rəhbərə təqdim edilməsi;
- Direktorun ölkədaxili və ölkəxarici ezamiyyətləri ilə bağlı məsələlərin vaxtı vaxtında həll edilməsi;
- Direktorun imzasına daxil olan sənədlərin qəbul edilməsi;
- Direktorun tapşırığına əsasən məktublar, sorğular və digər sənədlərin hazırlanması;
- İş yerinin zəruri texniki vasitələr və dəftərxana ləvazimatı ilə təmin edilməsinə nəzarət edilməsi;
- Direktorun tapşırıqlarına əsasən iş üçün zəruri olan materialların çap edilməsi və məlumat bazasına daxil edilməsi;
- Baş direktorun tərəfindən tapşırılan müvafiq vəzifələrin yerinə yetirilməsi.
Nə əldə edəcəksiniz ?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Davamlı karyera imkanı;
- Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı.
Əlavə məlumatlar :
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Direktor köməkçisi” yazaraq, 22.02.2021 - ci il tarixinədək cv@stp.az ünvanına göndərmələri xahiş olunur.
Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber