Vaksinlərdən birini yaratmış şirkətin direktoru: 'Koronavirus bizimlə sonsuzadək qalacaq'
İnfeksion xəstəliklər üzrə mütəxəssislər və səhiyyə təşkilatlarının məmurları xəbərdarlıq edirlər ki, pandemiyaya səbəb olmuş koronavirus endemik xəstəliyə çevriləcək. Başqa sözlə desək, o indiki kimi irimiqyaslı olmasa da insanı daima müşaiət edəcək. Bu cür fikir ilə koronavirusa qarşı vaksin variantlarından birini hazırlamış Moderna şirkətinin rəhbəri də razıdır. Bu barədə Hightech.plus saytı xəbər verib. Moderna adlı əczaçılıq şirkətinin icraçı direktoru olan Stefan Bansel öz həmkarlarının fikirləri ilə razıdır. Həmin fikirlərə əsasən COVID-19 endemik xəstəliyə çevriləcək və sonsuzadək yox olmayacaq.
“Bizim fikirlərimizə əsasən biz bu virusla ömür boyu yaşamalı olacağıq. Tibb işçiləri daimi şəkildə yeni növ koronavirusların ortaya çıxmalarına nəzarət etməli olacaqlar ki, alimlər onlarla mübarizə üçün effektiv vaksinlərin hazırlanması imkanına sahib olsunlar” - deyə o qeyd edib. Bu cür fikir ilə həmçinin Böyük Britaniyanın baş elmi məsləhətçisi Patrick Vallance də razıdır. O, COVID-19-a tam qalib gəlməyə şübhə ilə yanaşır. Onun fikrincə bu xəstəlik qrip kimi sezon xəstəliyinə çevriləcək. Bir neçə müddət bundan öncə alimlər ABŞ-ın Ohayo ştatında bu virusun iki yeni növünü aşkar etmişdilər.
Onlardan biri Ohayo ştatının paytaxtı olan Kolumbus şəhərində cəmi 3 həftə ərzində sürətlə yayılmağa başlayıb. Daha öncə virusun yeni mutasiyaları Böyük Britaniyada, Yaponiyada və CAR-da (Cənubi Afrika Respublikası) aşkar edilmişdilər. Bununla yanaşı artıq dünyanın 12 ölkəsində SARS-CoV-2-nin yeni mutasiyalarına sahib xəstələr aşkar edilib. Bu cür göstəricilər isə insan orqanizminin virusa qarşı immun cavabı ehtimalını 10 dəfə aşağı salır. Bu heç də yaxşı xəbər deyil. Belə ki, bu cür hallar yaradılan vaksinlərin qoruyucu rollarını daha aşağı effektivli edir.
Telegram-dan izləyin! https://t.me/s/enaxeber