Birləşmə tamamlandı - dünyanın 4-cü böyük avtomobil istehsalçısı olacaq
Fiat Chrysler Automobiles (FCA) ilə PSA Qrupunun birləşməsinin tamamlandığı açıqlanıb.
Ortaq açıqlamaya görə, birləşmə nəticəsində yeni şirkət - Stellantis yaradılıb.
Stellantis şirkətinin səhmləri 18 yanvar Bazar ertəsi günü Parisdə Euronext və Milanda Mercato Telematico Azionario birjalarında; 19 Yanvar Çərşənbə axşamı günü də Nyu York Birjasında, STLA kodu ilə ticarət olunmağa başlanacaq.
Təxminlərə görə, yeni şirkət Stellantis-in illik 8,7 milyon avtomobil istehsal edəcəyi və təxminən 170 milyard avro gəlir ilə dünyanın 4-cü böyük avtomobil istehsalçısı olacağı hesablanır.