"Mağaza direktoru" vəzifəsinə işçi tələb olunur - MAAŞ 1500 MANAT+BONUS
Novas Home
Mağaza direktoru
Vəzifələr:
• Mağazanın effektiv işinin təşkili;
• Personalla iş, müştərilərə müəyyən olunmuş standartlara uyğun xidmətin təşkili;
• Satış hədəflərinin yerinə yetirilməsinə nəzarət;
• Görülən işin hesabatı;
• Malların qəbulu və iadəsinin təşkili;
• Malların çeşidinə və keyfiyyətinə nəzarət;
• Satış zalında malların merçendayzinq standartlarına uyğun yığılmasını təşkil etmək ;
• Daxili inventarlaşmanın aparılması.
Tələblər:
• Ali və ya orta ixtisas təhsili;
• Mağaza direktoru və ya direktor müavini vəzifələrində minimum 1 il iş təcrübəsi;
• Azərbaycan dili sərbəst, rus dili arzu olunandır;
• Ünsiyyət qurmaq, idarəetmə və komandada işləmək qabiliyyəti;
• Təşkilatçılıq və liderlik bacarıqları;
• MS Office proqramlarını bilməli;
• Satış texnikası və pərakəndə satış haqqında məlumatlılıq.
Şirkətin öhdəlikləri:
• Korporativ treyninqlərin təşkili;
• Altı günlük iş həftəsi;
• Şirkətdaxili karyera inkişafı;
• Naharla təmin olunma;
• Əmək haqqı 1500 AZN + Əlavə olaraq satışdan bonus (Əmək haqqı namizədin bilik və bacarıqlarına görə dəyişir)
Vakansiyaya müraciət üçün CV-ləri “Mağaza Direktoru” mövzusu ilə hr@novashome.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Telegram-dan izləyin! https://t.me/s/enaxeber