Qarabağ

Azərbaycanlı və erməni ziyalıları görüşsün – MOSKVADAN TƏKLİF

“Əgər Bakı və Yerevan istəsə, Moskva azərbaycanlı və erməni intellegensiyasının dialoqunu təşkil etməyə hazırdır”.

ENA.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova söyləyib. Onun sözlərinə görə, iki ölkə arasında birgə humanitar layihələr də gerçəkləşə bilər.

“Fikrimizcə, belə görüşlər barışıq atmosferinin yaranmasına, qarşılıqlı inama səbəb olur, Azərbaycan və erməni xalqarına, həmçinin, bütün Cənubi Qafqaza fayda verir”- deyə Mariya Zaxariva bildirib.

Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)