Azərbaycanda koronavirusa yoluxanların sayı daha da azaldı - SON MƏLUMAT
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 380 yeni yoluxma faktı qeydə alınıb, 1 159 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “ENA”ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 226 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 279 nəfər müalicə olunaraq sağalıb, 2 971 nəfər vəfat edib, aktiv xəstə sayı 9 950 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 653, bu günə qədər isə ümumilikdə 2 295 612 test icra olunub.
Telegram-dan izləyin! https://t.me/s/enaxeber