Sosial iqtisadiyyat

“Aqrarkredit” təşkilatından “YAŞAT” və “Qarabağ Dirçəliş Fondu”na dəstək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi,  Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə ölkə Prezidentinin müvafiq  Fərmanları ilə “YAŞAT” Fondu və  “Qarabağ Dirçəliş Fondu”  yaradılıb.

Ölkə ictimaiyyətinin böyük rəğbətlə qarşıladığı bu fərmanlardan sonra həmin Fondlara ianələrin köçürülməsində digər  təşkilatlar kimi “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı da yaxından iştirak edib.

Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi sahəsində uzun müddət fəaliyyət göstərən “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı sosial məsuliyyətli prinsiplərə sadiq qalaraq ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşularaq, qeyd olunan işlərin həyata keçirilməsi üçün yuxarıda adları çəkilən Fondların hər birinə 100 min manat olmaqla, sərəncamında qalan mənfəət hesabına cəmi 200 min manat məbləğində vəsait köçürüb.

 Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək göstərilməsində, habelə  işğaldan azad edilmiş ərazilərdə müasir və layiqli həyatın təmin edilməsində sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı bütün vətəndaşları ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)