Xankəndi yaxınlığında yenidən atışma səsləri eşidilib
Azərbaycanın Xankəndi şəhərində növbəti dəfə atışma səsləri eşidilir. “RİA Novosti”nin məlumatına görə, atıcı silahlardan qısa fasilələrlə tək-tək atışma səslərinin eşidilməsi davam edir. Növbəti atışma səsləri Bakı vaxtı ilə saat 01:04-də eşidilib.
Qeyd edilir ki, hazırda şəhərin özündə vəziyyət sabitdir.
Xatırladaq ki, dünən də Xankəndində atışma səsləri eşidilib. Belə ki, şəhərin bir neçə sakini sərxoş vəziyyətdə havaya atəş açıb. Həmin şəxslər saxlanılıb.