Qarabağ

Paşinyan: Qarabağda hərbi əsirlər məsələsi həll olunmamış qalır

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşündə hərbi əsirlər məsələsini həll etmək mümkün olmayıb, bu istiqamətdə işlər davam etdiriləcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Təəssüf ki, biz bu gün hərbi əsirlər məsələsini həll edə bilmədik. Bu, ən həssas və ağrılı məsələdir, çünki bu, humanitar məsələdir və biz razılığa gəldik ki, bu istiqamətdə işi davam etdirəcəyik", - deyə Paşinyan bu gün Moskvada aparılan danışıqların yekunları üzrə bildirib.*

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)