Bu peyvənd 16 mutasiyaya qarşı təsirlidir
ABŞ-da dərman şirkətlərindən biri tərəfindən aparılan araşdırmada "BioNTech" peyvəndinin koronavirusun 16 mutasiyasına qarşı çox təsirli olduğu müəyyənləşib.
"ENA" xəbər verir ki, Pfizer və Texas Universiteti tibb fakültəsinin alimləri tərəfindən aparılan araşdırmada peyvəndin peplomerləri N501Y mutasiyasına uğramış virusu təsirsiz hala gətirə bilib. Tədqiqatda peyvəndin İngiltərə və Cənubi Afrikada meydana gələn yeni koronavirus növlərinə qarşı təsirinin də araşdırıldığı bildirilib.
"16 fərqli mutasiyanı test etdik. Heç biri peyvəndə qarşı əhəmiyyətli bir təsir göstərə bilmədi",-deyə "Pfizer"in qabaqcıl peyvənd mütəxəssislərindən olan Fill Dormitzer bildirib.
Tədqiqatçılar, peyvəndin İngiltərədə və Cənubi Afrikada olan digər mutasiyalara qarşı təsirli olub-olmadığını öyrənmək üçün daha bir neçə oxşar testlər keçirməyi və önümüzdəki həftələr ərzində daha çox məlumat əldə etməyi planlaşdırırlar.