Nərgiz Qurbanova yeni vəzifəyə təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyev Nərgiz Akif qızı Qurbanovanın Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması ilə bağlı sərəncam imzalayıb.
Eləcə də bax: Həsən Həsənov səfir vəzifəsindən geri çağırıldı - SƏRƏNCAM
“ENA” xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Nərgiz Qurbanova Azərbaycanın Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.