Avtomobil

Dizelin bahalaşması ilə yanaşı avtomobil parkının yaşına da baxın

Hökumətin dizel yanacağının bahalaşması üçün ekologiyaya qayğı arqumentindən istifadə etməsi avtomobil parkının yaş strukturu mövzusunu yenidən aktuallaşdırır.

Ekspert Rövşən Ağayevin sözlərinə görə, 2014-cü illə müqayisədə 2019-cu ildə istismar müddəti 5 ilə qədər olan minik avtomobillərinin xüsusi çəkisi 17%-dən 4%-ə enib, 10 ildən çox istismarda olanların payı isə 62%-dən 77%-ə yüksəlib.

Burda şübhəsiz ki, devalvasiyadan sonrakı dövrdə ölkədə sosial durumun pisləşməsi, bankların düşdüyü vəziyyətdən dolayı avtomobil ktreditlərini məhdudlaşdırması ilə yanaşı, büdcə maraqları üçün gömrüyün vergi yükünün həddən artıq artırılması da öz rolunu oynayıb. "Son 5 ildə avtomobil idxalı üçün gömrük vergi-rusumlarının dinamikasına baxın, özünüz vəziyyəti görəcəksiniz", - deyən ekspert bildirib ki, daha maraqlı məqam odur ki, hökumət dizelin qiymətini artırmaqla bu yanacaq növünə stimulu azaltmağı hədəflədiyini deyir. Amma statistika göstərir ki, hətta qiymət artımı olmadan da bu proses gedir. 2013-2019-cu illərdə dizellə işləyən minik avtomobillərinin xüsusi çəkisi 10%-dən 8.7%-ə enib.

Öz növbəsində, dizellə işləyən yük maşınlarının və avtobusların sayı son 6 ildə 10 min ədəddən çoxdur. Xüsusi çəki isə 66%-dən 53%-ə enib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)