Neft Fondunun gələn il üçün büdcəsi təsdiqləndi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsi haqqında fərman imzalayıb.
ENA.az xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin gəlirləri 8 001 169,1 min manat, xərcləri isə 12 249 435,5 min manat məbləğində təsdiq edilib.
Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Sıra №-si |
Gəlir mənbələri |
Gəlirlərin məbləği (min manat) |
2.1. |
Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir (karbohidrogenlərin nəqli |
6 439 325,7 |
|
üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlir istisna olmaqla) |
|
2.2. |
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri |
4 146,3 |
2.3. |
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlir |
21 930,0 |
2.4. |
Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir |
759 717,1 |
2.5. |
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar |
776 050,0 |
|
Cəmi |
8 001 169,1 |
Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
Sıra №si |
Xərc istiqamətləri |
Xərclərin məbləği (min manat) |
3.1. |
Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi |
12 200 000,0 |
3.2. |
“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi |
20 533,6 |
3.3. |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər |
28 901,9 |
|
Cəmi |
12 249 435,5 |
“2021-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilib.
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilib.
2021-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra – Fond) vəsaitinin xərc istiqamətləri
Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi;
“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi.
Fondun 2021-ci il üçün investisiya siyasəti
Fondun investisiya siyasətinin məqsədi
2021-ci ildə Fond əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcəkdir.
Fondun investisiya portfeli
İnvestisiya portfelinin proqnozlaşdırılan həcmi
2021-ci il üzrə Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 41,1 milyard ABŞ dollarına bərabər götürülür.
İnvestisiya portfelinin valyuta tərkibi
Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (Standard & Poor’s, Fitch) və ya “A2” (Moody’s) dərəcəsindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olması şərtilə Fondun investisiya portfelinin məcmu dəyərinin:
- 65 faizi ABŞ dollarında ifadə olunan aktivlərə;
- 20 faizi avroda ifadə olunan aktivlərə;
- 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə;
- qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
İnvestisiya portfelinin alt portfelləri
Fondun investisiya portfeli aşağıdakı alt portfellərdən ibarətdir:
borc öhdəlikləri və pul bazarları alətləri alt portfeli (kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları istisna olmaqla) – aşağı uzaqlaşma intervalı maksimum 5 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 50 faizi;
səhm (pay) alt portfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 25 faizi (yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla 5 faizə qədəri səhmlərə və kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları, o cümlədən səhm (pay) üzrə müştərək investisiyalarda iştirak payları olmaqla);
daşınmaz əmlak alt portfeli – yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri (daşınmaz əmlaka və daşınmaz əmlak üzrə kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları və daşınmaz əmlak daxil olmaqla);
qızıl alt portfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 15 faizə qədəri.
İnvestisiya portfelinin hədəf gəlirliliyi
Fondun borc öhdəlikləri və pul bazarları alətləri alt portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta üzrə ”ICE BofA Fixed Income Indices” əsas götürülür.
Səhm (pay) alt portfelinin hədəf gəlirliliyi (bençmark) kimi “MSCI Stock Market Indexes” əsas götürülür.
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın (bundan sonra Qaydalar) 4.2-ci bəndinə əsasən, qızıl alt portfelinə hədəf gəlirliliyi (bençmark) tətbiq edilmir.
İnvestisiya portfelinin risklərinin idarə edilməsi üzrə tələblər
Faiz dərəcəsi riski
Fondun borc öhdəlikləri və pul bazarları alətləri alt portfelinin faktiki ortaçəkili investisiya müddətini (durasiya) dünya bazarındakı cari vəziyyətdən asılı olaraq Fond müəyyən edir və bu müddət müvafiq bençmarkın ortaçəkili investisiya müddətindən artıq olmamalıdır.
Kredit riski
Depozitar banklar və bençmarka daxil olan dövlətlərin borc öhdəlikləri istisna olmaqla, bir maliyyə qurumunun və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində müəyyən edilir.
Fondun valyuta vəsaitinin yerləşdirildiyi investisiya aktivlərinin kredit reytinqi Qaydaların 3.3-cü bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və təsisatlardakı depozitlər üzrə 5 faizlik xüsusi çəkinin yuxarı həddinə dair tələblər Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulan tədbirlərin icrası məqsədilə həyata keçirilən investisiya qoyuluşları nəticəsində Fondun investisiya portfelinə daxil olan aktivlərə tətbiq edilmir.
Likvidlik üzrə tələblər
Fondun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Fondun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanılmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 (yeddi) iş günündən çox davam etməməlidir.
Xarici menecerlər üzrə tələblər
Cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi beynəlxalq kredit agentliklərinin (Standard & Poor's, Fitch və ya Moody's) investisiya dərəcəli kredit reytinqindən aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində ən azı 5 il müsbət təcrübəsi, yaxud dəyəri 1 (bir) milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır.
Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır.
Fondun vəsaitinin idarə olunmasına cəlb edilən xarici menecerlərin səlahiyyətləri və idarəetməyə verilmə müddəti Fondla bu menecerlər arasında bağlanan sazişdə göstərilməlidir.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası