Sənaye

Azərbaycanda qızıl çıxaran şirkətin gəlirləri artdı

Dünyadakı pondemiya səbəbindən investorların qızıl almağa meyillənməsi qiymətli metalların bazardakı qiymətini yüksəldib. Bu isə Azərbaycanda fəaliyyət göstərən qızıl, gümüş və mis hasilatçısı şirkətlərin gəlirlərini artırıb.

Bu ilin yanvar-noyabr aylarında “Azerbaijan İnternational Mining Company Ltd.” şirkətinin Azərbaycan Nümayəndəliyi 101,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 milyon ABŞ dolları və yaxud 6,08 % çoxdur.

Qeyd edək ki, “Azerbaijan International Mining Company Ltd.” Şirkəti “Anglo-Asian Mining Plc." şirkətinin törəməsidir. O, Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində də hasilatla məşğuldur.

“Uğur” yatağının kəşfi barədə 2016-cı ilin oktyabrında məlumat yayılıb. Yataq “Anglo-Asian Mining”in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)