Avropada qazın qiyməti iki ilin maksimumuna yüksəldi
Avropada qazın qiyməti son iki ildə maksimuma qalxaraq hər min kubmetrə 242 dollara yüksəldi. Son ticarət günündə isə qazın spot qiyməti dərhal 9% əlavə etdi və yeni maksimuma çatdı.
Qeyd edək ki, LNG terminalları vasitəsilə Avropa boru kəməri şəbəkəsinə qaz axını 2020-ci ilin dekabr ayında 2019-cu ilin dekabrına nisbətən 42% azalıb. Bu, bütün ilin ən kəskin azalmasıdır (oktyabr ayında tədarüklər 30%, noyabrda 39% azalıb).
Avropa yeraltı anbarlardan qaz ehtiyatlarını aktiv şəkildə istehlak edir. Dekabr 2020-dəki qazçəkmə, keçən ilin eyni dövründəkindən təxminən iki qat çoxdur.