Neft bahalaşır - SON QİYMƏT
![](https://ena.az/uploads/news/2020-12/_ena_dea84b730b39950ed8ffa714a_o.jpg)
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,23 ABŞ dolları və ya 0,48% artaraq 47,85 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,23 dollar və ya 0,45% artaraq 51,09 dollar təşkil edib.