Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların SİYAHISI
![](https://ena.az/uploads/news/2020-12/_ena_ea13d0fdabf498f94363a7b93_o.jpg)
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 28-dək dəfn edilən 2823 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.
Qeyd edək ki, hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə işlər davam etdirilir.
Bu barədə "ENA"ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir: "Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!"
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı