Mask “Tesla”nı “Apple” şirkətinə satmaq istəyib

Qabaqcıl texnologiya şirkətlərinin təsisçisi İlon Mask keçmişdə “Tesla”nı satmaq istəyib və bu təklifi “Apple” şirkətinin baş icraçı direktoru Tim Kuka edib.
Bu barədə Mask özünün tvitter hesabında yazıb
“Model 3 proqramının (elektrikli sedan avtomobili – Red) ən çətin günlərində “Tesla”nın “Apple” tərəfindən (indiki dəyərinin onda biri ilə) alınmasını müzakirə etmək üçün Tim Kuka müraciət etdim. O, görüşməkdən imtina etdi” , - o qeyd edib.
Qeyd edək ki, ABŞ-ın "Tesla Motors" şirkətinin əsası 2003-cü ildə elektrik avtomobillərin və texnologiyaların istehsalçısı kimi qoyulub.