Sosial iqtisadiyyat

“Gəncə Şərab-2” şirkəti “YAŞAT” Fonduna 100 min manat köçürdü

İllərdir ki, işğal altında olan Qarabağ torpaqlarının azad olunması uğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu böyük qələbə çaldı. Ön cəbhədə igidlərimiz, arxa cəbhədə isə hər bir Azərbaycan vətəndaşı, xüsusən də sahibkarlarımız  bu qələbə üçün əllərindən gələni əsirgəmədi və “Dəmir Yumruğ”un bir parçası olmağı bacardılar. Xüsusən də cəbhəyə yaxın ərazilərdə çalışan sahibkarlarımız evlri raket atəşinə tutulmuş Gəncə, Bərdə, Tərtər sakinlərinin daha tez yanında oldular, onlara yardım etmək üçün bütün imkanlarını səfərbər etdilər. 

“Gəncə Şərab-2” şirkəti bu müəssisələrdən biridir. Şirkət pandemiya ilə əlaqədar Koronovirusa Mübarizə Fonduna 200 min manat, İkinci Qarabağ müharibəsi ilə əlaqədar Silahlı Qüvvələrə Yardım Fonduna 150 min manat, Qarabağda yaralanan və şəhid olanların ailələrinin sosial təminatını yaxşılaşdırmaq üçün “YAŞAT” Fonduna 100 min manat ianə köçürüb.

Eləcə də, Gəncədə raket hucumu zamanı evi dağılan müəssisənin əməkdaşına 5 min manat, döyüşlərdə iştirak edən əsgərlərin ailələrinə 2100, Vətən müharibəsində iştirak edən 5 əməkdaşın hər birinə 250 manat olmaqla 1250 manat, 4 nəfərə isə 400 manata qədər hər ay əmək haqqı ödənilir. Şirkət Gəncə Hərbi Hospitalına yardımlar edib, o cümlədən əsgərlərimizin isti geyimlərlə təmin olunması, müharibə zonasına əhəmiyyətli yüklərin çatdırılması və eləcə də oradan mühüm yüklərin çıxarılmasını həyata keçirib. Yük maşınlarını ordumuzun istifadəsinə verən bu müəssisə Gəncənin şəhid övladlarının ailəsinə öz dəstəyini göstərməkdə davam edir.

Gücümüz birliyimizdədir və bu günlərdə birliyimiz sayəsində Azərbaycan xalqı yeni tarix yazır.   

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)