Azərbaycan bir nömrəli avtomobil idxalçısıdır : statsitika bunu göstərir

Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan ixrac olunan minik avtomobillərinin ümumi sayı 37 019 ədəd təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi bildirib.
Məlumata əsasən, ixracın 57%-i Azərbaycana yönəlib. Bu göstərici ilə Azərbaycan Gürcüstanın bir nömrəli avtomobil idxalçısı olub.
Hesabat dövründə minik avtomobili ümumi ixracda 12,1%-lə qonşu ölkənin ikinci əsas ixrac məhsulu olub. Son bir ildə bu məhsulun ixracı 42,5% azalıb.