"Bizdə testlər MDB ölkələrindəkindən bahadır"
Milli Məclisin deputatı Əli Məsimli hazırda koronavirusla bağlı məsələdə cəmiyyətdə tənqid edilən bir sıra müzakirələrdən danışıb.
“Qafqazinfo” xəbər verir ki, o bildirib ki, Milli Məclis pandemiya dövründə bir sıra faydalı dinləmələr keçirib:
“Parlamentdə cəmiyyət tərəfindən qəbul edilən bir sıra həkimlər var. İndi hazırda koronavirus testlərinin qiymətinin bahalığı, dərmanların çatışmazlığı, xəstəxanalarda boş yerlərin olmaması kimi fikirlər müzakirə olunur. Bununla bağlı parlamentdə dinləmə keçirilsə, yaxşı olar. Bu da cəmiyyətdə pessimizmin azalmasına səbəb ola bilər. Azərbaycanda testlərin qiyməti 120-130 manat olaraq yüksəkdir. Bu da MDB ölkələrindənki qiymətlərdən yüksəkdir”.